GREEN STAR UNİVERSAL TƏMİZLƏYİCİ VASİTƏ 35KG

25035

Description

GREEN STAR – tərkibində fosfat və həlledici olmayan universal yüksək konsentrasiyalı qələvili təmizləyicidir. Çirki və yağları mükəmməl təmizləyir. Həm TXS, həm sənaye təmizliyi, yük və minik maşınlarının interyeri və eksteryerinin, mühərrikin təmizlənməsi üçün istifadə oluna bilər. Xüsusi korroziya həllediciləri məhsulun anodlaşdırılmış alüminium kimi həssas komponentlərlə yüksək dərəcədə uyğunluğunu təmin edir. Su hazırlayıcı qurğulara bioloji qulluq üçün optimaldır.

Maksimal reaksiya vaxtı: 5 dəq.

İstifadəyə dair təlimat:

1.Avtomobilin eksteryeri və mühərriklərin təmizlənməsi üçün 1:5 nisbətindən 1:30 nisbətinədək istifadə edin. Bütün səthə sürtün, reaksiyaya girməsi üçün bir az gözləyin, daha sonra isə yaxşıca yumaq üçün yüksək təzyiqli yuyucu aparatdan istifadə edin.

  1. Avtomobil salonları və tekstil məhsullarının təmizlənməsi üçün: 1:10 nisbətindən 1:20 nisbətinədək istifadə edin. Məhsulu nəm əski və ya yuyucu tozsoranla təmizləyin.
  2. Sənaye döşəmələrinin təmizlənməsi üçün: 1:40 nisbətindən 1:120 nisbətinədək istifadə edin.

 

Məsaməli süngərlə birlikdə istifadə olunması tövsiyə olunur, uzununa hərəkət zamanı cızıqların qarşısını alır!