Description
Quick Finish – hamar səthlərin emalı üçün silikonsuz finiş emal spreyi
Art 314001
Bütün hamar və laklanmış səthlərdə istifadə üçün tərkibində silikon yağı olmayan universal finiş emal spreyi.
Bütün hamar və laklanmış səthlərdə (avtomobil lakları, laklanmış taxta, şüşə, plastik detallar, kabinə, cilalanmış mebel və laklanmış musiqi alətləri, yüksəkkeyfiyyətli poladdan səthlər və s.) istifadə üçün universal vasitə. Cəmi bir dəfəyə təmizləyir, qulluq və konservasiyanı təmin edir. Barmaq izləri və yüngül çirklər tez və asanlıqla təmizlənir. Səthlərə mükəmməl parıltı, qeyri-adi hamarlıq verir, həmçinin yaxşı hidrofob xüsusiyyətlərlə təmin edir. Quick Finish vasitəsi ləkə saxlamadan tez sürtülür və beləliklə istifadə rahatlığını təmin edir. Əvvəl vurulan mum və polirol qalır. Təqdimat zalları və ya yarmarkalarda sərgi eksponatlarının sürətli yekun emalı, həmçinin avtomobillərin tez hazırlanması, habelə laklanmış səthlər üçün xüsusilə yaxşı vasitədir.
İstifadə sahələri
Avtomobil lakları, laklanmış taxta, şüşə, plastik detallar, kabinə, cilalanmış mebel və laklanmış musiqi alətləri, yüksəkkeyfiyyətli poladdan səthlər və s.
İstifadəyə dair tövsiyələr
Aerozol püskürdücü vasitəsi ilə emal olunan səthlərə bərabər şəkildə vurun və mikrofibra salfeti ilə cilalayın.
Ehtiyat tədbirləri
İstifadə etməzdən öncə yararlılığı və uyğunluğunu yoxlayın. Qaynar səthlərdə istifadə etməyin.