Description
LACK-POLISH BLAU P2.01 – Mumlu politura (1 l) 501
Mumlu politura.
Cilalama dərəcəsi: 2
Parıltı dərəcəsi: 9,3
Lak-boya örtüyünün parıltısının bərpası üçün vasitə. Pardaqlama maşını, ekssentrik maşın və ya əllə istifadə üçün nəzərdə tutulub. Mexaniki üsul və əllə istifadə zamanı LACK-POLISH BLAU politurası ləkə əmələ gətirmədən optimal güzgü parıltısı yaradır. Emal olunan səthlər uzunmüddətli konservasiya ilə təmin olunur. Lakdakı zədələrin dərəcəsindən asılı olaraq atmosfer təsiri nəticəsində müxtəlif sərtlikdə süngərlər təmizləmə prosesini dəstəkləyir və beləliklə effektivliyi optimallaşdırılır. LACK-POLISH BLAU istənilən laklarda istifadə üçün ən yaxşı seçimdir. Gotis – Daimler-Zulassung (Mercedes-Maybach) sertifikatına malikdir.
Üstünlükləri
• Lak-boya örtüyündə 1,5 mkm-dək zədələnmiş təbəqəni təmizləyir;
• Kiçik cızıq və rəngli duman çöküntülərini aradan qaldırır;
• Mexaniki cilalanmış səth 6 ayadək dərin parıltısını qoruyub saxlayır;
• Avtomobil xaricdən yenilənmiş kimi görünür;
• Maksimal parıltı dərəcəsini 9,3 təmin edir;
• İstənilən markalı avtomobillər üçün uyğundur;
• Qənaətcil istifadə;
Avtomobilin LBÖ-nün parıltısı və rənginin sürətli bərpası üçün effektiv vasitə
Saxlanma şəraiti
+15°С -+25°C temperaturunda.
Koch-Chemie pastaları su əsaslı olduğu üçün şaxtadan qorunmalıdır.
İstifadəsinə dair tövsiyələr
İlboyu istifadə olunur. İstifadə etməzdən əvvəl bir neçə dəfə çalxalayın. Az miqdarda pastanın yekun qara və ya sarı yarımbərk dairəyə vurun. LBÖ üzərində bərabər şəkildə bölüşdürün. Təmiz səth yarananadək cilalayın. Qalıqları yumşaq mikro fibralı salfetlə (999241) təmizləyin. Əllə istifadə üçün də uyğundur. Politura qalıqlarını güzgü parıltısı əmələ gələnədək mikro fibralı salfetlə cilalayın.