Şampun 33 kq

177033

Description

Yüksək konsentrasiya dərəcəsinə malik, fosfat və həlledicilər, fosfor turşusu ehtiva etməyən, kombinə edilmiş qələvi məhsuludur (köpük və şampun).

 

TWIN SHAMPOO tərkibindəki yüksək PH-norma miqdarı sayəsində parça və ya penoplast fırçaların zəif təsirini elə tarazlaşdırır ki, betonlaşmış çirk belə tamamilə təmizlənir, LBÖ (lak-boya örtüyünə), xrom, rezin kimi materiallara zərər vurmur. Şampunun ehtiva etdiyi yüksək miqdarda tenzidlər fırçaların öz-özünə təmizlənməsinə kömək edir, bununla da onlar üçün əhəmiyyətli davamlılıq və uzunmüddətli istismar təmin edilir.

Tərkibinə daxil olan amfoter tenzidlər eyni zamanda səthləri qurumağa hazırlayır. Güclü təmizləmə qabiliyyəti, gözəl köpük yaranması və xoşagələn təravətləndirici qoxu sayəsində TWIN SHAMPOO bütün yuyucularda birinci dərəcəli nəticəni təmin edir.

TWIN SHAMPOO yalnız “EURO-Norm B 5106” standartlarına uyğun olaraq sürətlə hissələrə ayrılan bioloji yuyucu vasitələri ehtiva edir ki, bu da təkrar istifadə olunan su ilə işləyərkən təmizləmə qurğularını yükləməməyə imkan verir. Əl ilə istifadə edərkən artikul nömrəsi 999017 olan süngərdən istifadə etmək tövsiyə olunur.

 

Sertifikat Mercedes № 7809.
pH-norma – 8

İstifadə qaydası:

Standart qayda: suyun sərtliyindən asılı olaraq 30 ml şampunu 10 litr suda həll edin (bax: avtomobil yuma qaydası); köpük komplekti vasitəsi ilə peşəkar tətbiq qaydası: 80-100 ml şampunu 1 litr suda həll edin (bax: avtomobil yuma qaydası).

Köpük komplekti vasitəsi ilə peşəkar tətbiq qaydası: suyun sərtliyindən asılı olaraq 100-120 ml şampunu 1 litr suda həll edin (bax: avtomobil yuma qaydası).

 

1 avtomobilə sərf olunan vasitənin miqdarı:
standart üsul zamanı: 30 ml.
peşəkar tətbiq zamanı: 30 ml.

Bu prosedurun yerinə yetirilməsini asanlaşdırmaq məqsədi ilə bir dəqiqədə 4 litr hazır tərkib qatışığı üçün Koch Chemie Unna avtomatik dozatorlarından istifadə etmək olar.

Minik avtomobilləri üçün avtomatlaşdırılmış portal yuyucu: suda həll etməyin və ya 1:10 nisbətində suda həll edin, suyun sərtliyindən asılı olaraq bir yuma dövrü üçün 4-10 ml dozalaşdırıcı pompadan istifadə edin. Qatı köpük əmələ gəlməsi üçün suyun sərtliyindən asılı olaraq vasitə sərfiyyatını 10 ml-dən 20 ml-ə qədər artırın.