XIRDA DƏNƏLİ ABRAZİV POLİTURA

405001

Description

Fine Cut F6.01
Silikon yağı ehtiva etməyən xırda dənəli abraziv politura.
Unikal alümin oksid xassəli yeni nəsil “ağıllı” maşın politurası.
“İntellektual” dənəvərlik avtoyuyuculara müraciət etməkdən qazanılan cızıqların və buna bənzər istismar izlərinin anında və tam şəkildə aradan qaldırılmasını təmin edir, və lak-boya örtüyünə davamlı dolğun parıltı verir. Dənəvərlik ölçüsü 2.500 olan cilalama materiallarının cila izləri asanlıqla təmizlənir. Buna görə xırda dənəli abraziv pasta atmosfer təsirinin mülayim və güclü izlərinin olduğu lak-boya örtüklərinin təmizlənməsinin son mərhələsi kimi çox münasibdir. Həmçinin cızıqlara qarşı davamlı laklar üçün də çox uyğundur.

İstifadə olunduğu sahələr
Minik avtomobillərinin, təsərrüfat təyinatlı avtomobillərin, motosikletlərin və s. lak-boya örtükləri.

İstifadəsinə dair tövsiyələr
Xırda dənəli abraziv pastanı cilalama materialının (Fine Cut Pad və ya xəzli süngər „Lammfell-Pad“) üzərinə sıxın, və qabaqcadan təmizlənmiş və emal olunmalı səth üzərində onu pardaqlama maşınının köməyi ilə çarpaz üsulla, maksimal sürət 2.000 döv/dəq olmaqla pardaqlayın. Təmizləmə variantlarını basma dərəcəsi, istifadə olunan cilalama materialı və dövrələrin sayı hesabına dəyişmək olar. Cilalama prosesinin başlanğıcında aşağı dövrələrlə daha yüksək basma ilə emal etməyi tövsiyə edirik. İşin gedişində basmanı azaldıb, yüksək fırlanma sürətində güzgü parıltısına qədər pardaqlayın. Polituranın qalıqlarını firmamızın istehsalı olan, kənarları ultrasəs vasitəsi ilə kəsilmiş „Profi“ mikro fibralı salfetdən istifadə etməklə asanlıqla silmək olar. Təsadüfən yaranmış “tutqunluq” və ya pardaq izləri firmamızın istehsalı olan, “holoqram” effektini yox etməklə güzgü parıltısı əmələ gətirmək üçün politura Micro Cut M3.02 köməyi ilə təmizlənir.

Tara
405001 1 L
405250 250 ml
Xəbərdarlıq
İstifadədən əvvəl çalxalayın. İstifadədən əvvəl yararlılığını və uyğunluğunu yoxlayın. İsti səthlərdə istifadə etməyin. Şaxtadan və həddən artıq istidən qoruyun.