LEATHER STAR

238001, DƏRİ SƏTHLƏR ÜÇÜN TƏMİZLƏYİCİ-KONSERVANT 1 L

Description

Hopdurucu komponentləri xüsusi olaraq dəri səthlər üçün nəzərdə tutulmuş sulu-yağlı emulsiya formasında olan tərkibdir. Həm avtomobil oturacaqlarının, həm də istənilən dəri məmulatlarının (bayker gödəkcələrinin, ayaqqabıların) dəri səthinə qulluğu təmin edir.
Tərkibinə daxil olan ftor-karbon qatranı – dəri üçün ən yaxşı impreqnasiya vasitəsidir (hopdurucudur). Bu tərkibdən az miqdarda belə istifadə emal olunan materialı suya və yağa qarşı həssaslıqdan məhrum edir. Dərinin “nəfəs alma” qabiliyyətinə mane olmur. Xüsusi yağlar dəri liflərinin keyfiyyətini yaxşılaşdırır və onun üzərində sürüşmənin qarşısını alır. Dəri yumşaqlıq və elastiklik əldə edir. Tətbiq olunan yağlar səthin rəngini özünə qaytarmaq üçün yüngül pardaqlamanı təmin edir, dərinin elastikliyini qoruyub saxlayır və əlavə qoruyucu təbəqə yaradır. Hər üç komponent ən zərif dərinin belə ideal səthini uzun müddət ərzində qoruyub saxlamaq qabiliyyətinə malik olub, ağır yükün təsiri altında belə onun dartılmasına, çatlamasına və solmasına mane olur.

Bu tərkibdəki hopdurucu elementlər (su, yağlar, sukeçirməyən inqrediyentlər) sulu tərkibə emulsiyalaşdırılıb. Su tamamilə buxarlanandan sonra, yağ bərabər paylanmaqla dəriyə hopur və heç bir iz saxlamır. Buna görə də bu cür dəriyə qulluq tipli məhsullar Mercedes, BMW, Bentley, Maybach markalı avtomobillərin zərif dəri salonları üçün münasibdir.
Silikon ehtiva etmir!

Bayker gödəkcələrinin və ayaqqabıların emalı üçün bunu bilmək vacibdir ki, səthlərin üst qatının dərininə hopdurmaq üçün dərinin səthi nəm olana qədər tərkibi tətbiq etmək lazımdır. Dəri olduqca qurudur, buna görə ilk dəfə tətbiq edərkən vasitə tez hopur və dəri quru qalır. Az miqdarda vasitəni qısa müddətdə tətbiq edən zaman onun hopması dayanana və səth nəm qalana qədər istifadəni təkrar etmək lazımdır. Beləliklə, vasitə dərinin dərinliyinə hopacaq. Bu texnologiya impreqnasiya adlanır. Bu qaydada istifadə edərkən dəri su keçirməz olur ki, bu da istənilən havada özünü komfortlu hiss etməyə imkan verir.

İstifadə qaydası:
Süngərin (art. 999038) kənarını isladıb dərinin səthini bərabər paylamaqla sürtün. Güclü çirklənmə zamanı və ya dəri həddən artıq quru olduqda proseduru təkrar edin. Tərkibi 2-3 həftədə bir dəfə, yay mövsümündə isə hər iki həftədən bir istifadə etmək tövsiyə olunur. Minimal sərfiyyat: çox quru olmayan bir oturacağın emalı üçün bir və ya iki damcı vasitə tələb olunur.

Koch CHemie GmbH şirkətinin xüsusi xidmətləri
“Avtomobilin yeni salonunun impreqnasiyası” xidməti
İmpreqnasiya etmək – “hopdurmaq”.
Avtomobil salonunun dərisini ideal vəziyyətdə saxlamaq üçün biz Sizə bu təklifdən faydalanmağı təklif edirik. Bu – açıq rəngli salona malik yeni avtomobillər üçün xüsusilə əhəmiyyətlidir. Belə ki, emal olunmamış salonun səthində cins materialdan, kəmərlərdən və ya tünd rəngli zamşa gödəkcələrdən yad boya əmələ gələ bilər. Bu xidmət istənilən çırklərin, hətta avtoqələm mürəkkəbinin avtomobil salonunun dərisinin dərinliyinə nüfuz etməsinin qarşısını alacağına zəmanət verir.Dəriyə qulluq avtomobiliniz üçün çox vacibdir, və biz onun təmizliyinin və uzun müddət xidmət etməsinin qayğısına qalmağa hazırıq.