1 KOMPONENTLİ NANO LAK

245001

Description

Cilalama dərəcəsi: 0
Parıltı dərəcəsi: 9,9
Lak-boya örtüyünün parıltısının və rənginin uzunmüddətli müdafiəsi üçün öz növünün yeganə reaksiya tərkibi.

Lakın strukturunda alkid və ya akril qatranların* saxlanması avtomobilin parıltısının zəmanətidir.

Bu tərkib səthi etibarlı şəkildə və uzun müddətə möhürləyir, aqressiv kontaktsız yuma zamanı qələvi məhsullarının qatranları yuyub çıxarmasına mane olur. 1-K-NANO-LACKVERSIEGELUNG lak-boya örtüyünün parıltısının və rənginin qorunub saxlanmasına zəmanət verir.

İstifadə nəticəsində tərkib avtomobillərin, motosikletlərin, yaxtaların laklı səthlərinə möhtəşəm dərin parıltı verir.

Abraziv davamlılığa malikdir. LBÖ-nün parıltısını ultrabənövşəyi şüalardan və ətraf mühitin mənfi təsirindən müdafiə edir. İdeal hamar səth yaradır və LBÖ üzərində çirklərin saxlanmasının qarşısını alır (lotos effekti). Səthləri həşəratlardan asanlıqla təmizləyir. Asanlıqla tətbiq olunur, kimyəvi reaksiya isə sürətlə baş verir.

İstifadə qaydası:
Materialı istifadə etməzdən əvvəl emal olunan səthin keyfiyyətindən və silikonların təmizləndiyindən əmin olmaq lazımdır. Silikonları təmizləmək üçün tərkib art. 207005 «SILICON- & WACHSENTFERNER WASSERLOSLICH»
1-ci üsul
İçərisində nanokomponent olan qabı (alümin butulka) çalxalayın, tətbiq etmək üçün plastik ölçü qabına tökün. Porolon aplikatorun (art. 999038) kənarına 1.2 ml töküb, sürətli, sıx, bərabər dairəvi hərəkətlərlə həmin həcmi emal edilən səthə çəkin. Emalı davam etdirmək üçün aplikatora material əlavə edin. Tərkibin damcıları səth üzərində qalmamalıdır. Minimum + 15°С temperaturda 15 dəqiqə ərzində matlaşana qədər səth üzərində saxlayın. Nanokomponent plyonkasını təmiz mikro fibralı salfetlə (art. 999241) pardaqlayın. Minimum + 15°С temperaturda ən az 2 saat ərzində kimyəvi reaksiya başa çatana qədər səth üzərində saxlayın.

2-ci üsul
Artikul nömrəsi 322008 Flex 3401 olan maşın (Roteks) və ya onun analoqunu, və pardaqlayıcı (art. 999044 və ya art. 999292) götürün. “Ekssentrik” rejimində işləyin. Dairənin səthinə bir neçə damcı (2-4 ml) tətbiq edib, LBÖ üzrə eyni bərabərlikdə paylaşdırın. Pardaqlayıcının üzərinə tərkibi az-az əlavə etməklə, emal etməyə davam edin. Minimum + 15°С temperaturda 15 dəqiqə ərzində matlaşana qədər səth üzərində saxlayın. Nanokomponent plyonkasını təmiz mikro fibralı salfetlə (art. 999241) pardaqlayın. Minimum + 15°С temperaturda ən az 2 saat ərzində tam təsbit olunana qədər səth üzərində saxlayın.

Diqqət! Tərkibi yalnız rezin əlcək geyinərək tətbiq edin və pardaqlayın. İstifadə etdiyiniz yerdə rütubətin olmamasını təmin edin. Təzə boyanmış detallar üzərində tətbiq etməyin (6-8 həftəyə qədər məhdudiyyət var). Plastik dozatorun içərisində saxlamaq qəti qadağandır. İstifadədən sonra komponentin qalıcılığı 1 ilə qədər müəyyən olunur. Xidmət müddətini artırmaq məqsədi ilə nanolakın regenerasiyası üçün yeni məhsullar istifadə etmək olar: şampun – art 210030 NanoMagic-Polish Schaumglanzpolitur və ya art. 206010 NanoMagic
Glanzwachsshampoo, konservant.

*Lakın tərkibində olan qatranlar müxtəlif mənşəli ola bilər.