Description
Nəticəni göstərən indikatora və parıltı vermək üçün əlavə qatqılara malik olan, yüksək keyfiyyətli təkər disklərinin əsaslı və qayğı ilə təmizlənməsi üçün nəzərdə tutulmuş reaktiv, turşuluqsuz təkər diski təmizləyicisi. Effektiv “çirkdaşıyıcılar” yapışmış çirkləri parçalayır və yumşaldır. Parıltı və su itələmə effekti verir.
İstifadəsinə dair tövsiyələr
Spreyi soyumuş təkər disklərinin bütün səthinə püskürdün. 1-3 dəqiqə təsir etməsi üçün qalsın. Zərurət olduqda süngər və ya fırça ilə əlavə emal edin. Sürətli su şırnağı ilə yaxşıca yuyun və ya avtoyuyucu xidmətindən istifadə edin. Aşırı çirklənmə zamanı məhsulun təsir etmə müddətini 10 dəqiqəyə qədər artırmaq mümkündür.
Xüsusiyyətləri
• Turşu ehtiva etmir
• Nəticə indikatoru
• Müstəsna effektivlik
• Parıltı vermək üçün əlavə qatqılar




