NANOGLASVERSIEGELUNG

202001

Description

NANOGLASVERSIEGELUNG şüşə üçün yağışdan qoruyucu, nano örtük

 

Artikul: 202001

 

Şüşəyə qurğu vasitəsi ilə tətbiq olunan yağış əleyhinə hidrofob örtük. Saatda 60 km sürəti ilə maksimal təsir – şüşə təmizləyicilərinə ehtiyac qalmır.

 

Şüşə üçün nano-texnologiya. Şüşə səthlər üçün uzunmüddətli təsirə malik hidrofob örtük. Yağış zamanı mükəmməl görünmə şəraiti sayəsində avtomobili tam əminliklə idarə edə bilərsiniz. 80 km/s sürətində şüşə təmizləyicilərinin daha az istifadə olunması. Hətta şüşələrin buzdan təmizlənməsi zamanı belə əvəzolunmaz, rahat və effektivdir. Güclü kimyəvi konsentratlar, ultrabənövşəyi şüalanma və digər təsirlərə qarşı ekstremal dayanıqlılıq.

12 ayadək müddət ərzində və ya 20.000 km məsafədə təsirini qoruyur.

İstifadə qaydası (əllə və qurğu vasitəsilə tətbiq oluna bilər):

  1. Fibra diski, mikrofibra və ya vafli toxunuşlu dəsmalla şüşəni ləkələrdən təmizləyin. Təmizləyici süd halında komplekt şəklindədir. Rotorlu maşın və xüsusi cilalama diski (999308) təmizləmə vaxtını sürətləndirəcək. Kənarları süngərlə (999291) cilalayın və kağız salfetlə silin. Süd 5-10 dəqiqəyə quruyur, daha sonra isə təmiz fibra vasitəsi ilə silinir.

Diqqət!  İlk tərkibin qalıqlarının qalmaması üçün şüşə diqqətlə təmizlənməlidir.

  1. Hidrofob tərkibi şüşəni təmizlədikdən sonra pambıqlı disk və ya kağız salfetlə uzununa sürtün. Tərkibi 10°C-dən 30°C-dək temperaturda tətbiq etmək olar. Tərkib 20-30 dəq. ərzində quruyur, daha sonra kağız salfetlə və ya barrakuda fibrası ilə cilalanır. Tətbiq etdikdən sonra şüşə təmizləyicilərinin 2-4 saat istifadə olunmaması tövsiyə olunur.

Şüşə qum şırnağı ilə emal edilibsə, istifadə etməzdən əvvəl su ilə cilalayıcı təmizləyici göy və ya qırmızı gil (183001/02) vurulmalı, daha sonra isə şüşə  GLAS STAR (44010/01) tərkibi ilə silinməlidir.

 

Diqqət!! Tərkibi tətbiq etməzdən əvvəl avtomobildə NANO şampun və NANO konservantları istifadə etməyin, sadəcə səthi ilkin Multi Star tərkibi və ya TWIN SHAMPOO, və ya Autoshampoo ilə yaxşıya yuyun.