PARDAQLAYICI GÖY GİL

183001

Description

TƏSVİRİ

Təmizləyici gil pardaqlamaya başlamazdan əvvəl LBÖ-nü təmizləmək üçün istifadə olunur (abraziv pardaqlama tsiklindən öncə mütləqdir). Nöqtəşəkilli çirkləri təmizləyərkən, həmçinin ön şüşələrlə işləyərkən lokal istifadə mümkündür. Gil müxtəlif çirkləri səthdən asanlıqla təmizləyir: bitum, qatran, yol nişanı boyası, LBM-nın tozları, qum dənələri, oksid plyonkası və s. Köhnəlmiş boya tozlarını LBÖ üzərindən təmizləmək üçün əvvəlcə maye halında olan LBÖ təmizləyicilərini tətbiq edib, su ilə yumaq yaxşı olar.

 

İstifadə qaydası:
Qabaqcadan yuyulmuş səthi az miqdarda şampunlu su məhlulu (500:1 nisbətində) ilə triggerin köməyi ilə isladın. Təmizlədiyiniz səth üzərində gili əzilmiş halda, uzununa hərəkətlərlə, ovucunuzla səthə sıxaraq istifadə edin. Nöqtə şəkilli çirkləri təmizləyərkən gilin üzərinə bir barmaqla basmaq olar. Güclü çirklənmə ocaqlarında əvvəlcə bitum, qatran, yapışqan və s. çirklərin təmizlənməsi üçün xüsusi tərkiblərdən istifadə edin (art. 36001, art. 36010, art. 192001, art.192010).

Təmizləmə qaydası:
Çirklənmiş səth zonasını təmizləyəndən sonra əzilmiş gil parçasını əl ilə fırladaraq, çirkli tərəfi onun içərisinə doğru çevirmək lazımdır.

Saxlama:
Gili çirkli döşəməyə, torpağa, quma düşməkdən qorumaq lazımdır. Bağlı qutu içərisində müsbət temperaturda saxlayın.

Bir gil parçası ən az 50 avtomobilin banını təmizləməyə kifayət edir.