Description
Salonun daxilində istifadə olunur.
TINTEN & KULLI EX – açıq rəngli dəri salonların təmizlənməsində əvəzolunmaz məhsuldur.
TINTEN & KULI-EX vasitəsinin köməyi ilə cins şalvar, gödəkcə, kəmər və s. təsiri nəticəsində yaranan rəng izləri eynilə ləkələr kimi sürətlə yoxa çıxır. Bu tərkib dəri üzlüyü və bərk səthləri zədələmədən bütün növ boya və mürəkkəb ləkələrini onlardan asanlıqla təmizləyir. Ləkə çıxarıcının tərkibinə daxil olan iki mühüm komponent sayəsində o, üst səthləri boya və mürəkkəb ləkələrindən tez zamanda azad edir. Beləliklə, səthlər salfet vasitəsi ilə asanlıqla təmizlənir. Yalnız xoş portağal qoxusu qalır.
İstifadə qaydası:
Ləkə təmizləyicilər
Ləkə təmizləyicilərlə və ləkə çıxaranlarla işləmə qaydası.
- Səthə çəkməzdən əvvəl parçanın və ya dərinin görünməyən tərəfində boyanın davamlığını yoxlayın. Sintetik material və dəri əvəzləyicisi ilə xüsusilə diqqətli davranın. 1а. Ləkəni tərkiblə isladın və 1-2 dəqiqə gözləyin. TINTEN & KULI-EX üçün istisna – 30 saniyə.
- İndi ləkələr qəti qadağandır! Toplayıcı hərəkətlərlə təmizləyin (hər dəfə çirkin üzərindən salfetin təmiz tərəfi ilə keçin), salfetin təmiz tərəfini bir neçə dəfə tərkibdə yüngülcə islatmaq olar.
- Parça materialı iplərin uzunu boyunca təmizləmək tövsiyə olunur (iplər tiftiklənməsin deyə).
- Dərin ləkələri və ya çirkləri təmizləmək üçün (parça və ya məsaməli plastik üzərindən) balaca fırçadan (diş fırçası kimi) və ya Koch Chemie Unna markasının “Cyclone Black” aparatından istifadə etmək olar.
- Dərin ləkələri Koch Chemie Unna markasının “Cyclone Black” aparatından istifadə etməklə təmizləyərkən FLECKENWASSER ləkə çıxarıcısı əlavə etmək olar.
- Günəş şüaları altında istifadə etməyin.
Diqqət! Koch Chemie Unna markasının heç bir ləkə çıxaranı halogenli karbohidrat ehtiva etmir! Bütün halogenlər – toksik maddələrdir. Onlar ağır xroniki zəhərlənmələrə səbəb olur, tənəffüs zamanı toksik təsir göstərir, qara ciyərin zəhərlənməsinə, tənəffüs yollarının və ağ ciyərin yanıqlarına gətirib çıxara bilər. Halogenli tərkiblər: xlor, ftor, brom, tetraxlorid. Həmin maddələri ehtiva edən məhsullar istifadə edərkən Siz özünüzü təhlükə altında qoyursunuz!