MİKRO-ABRAZİV POLİTURA

403001

Description

Micro Cut M3.02
Silikon yağı ehtiva etməyən mikro-abraziv politura.
“Holoqram” effektini yox etməklə güzgü parıltısı əmələ gətirmək üçün politura.
Micro Cut M3.02 – bütün lak-boya sistemlərində (cızıqların yaranmasına dayanıqlı sistemlər də daxil olmaqla) pardaq “tutqunluğu”, “holoqram”, xırda cızıqlar və dənəvərlik ölçüsü 3.000-ə qədər olan anşlifləri uzun müddətə yox etmək üçün nəzərdə tutulan maşın üçün yeni nəsil mikro-pardaqlama tərkibi. Yüksək ixtisaslaşmış, super həmcins abraziv materialların istifadəsi sayəsində hətta tünd və buna bənzər həssas rəng tonunda olan örtüklərin üzərində ekstremal işıqlandırma şəraitində güzgü parıltılı yekun emalın parıltılı və dayanıqlı nəticəsi əldə olunur. “Holoqram” effekti və xırda cızıqlar adətən olduğu kimi yayılmır – onlar mexaniki surətdə yox olur. “Holoqram” effektini yox etməklə güzgü parıltısı əmələ gətirmək üçün politura Micro Cut M3.02 olduqca qənaətlidir, yaxşı pardaqlanır və qalıqsız təmizlənir.

İstifadə olunduğu sahələr:
Minik avtomobillərinin, təsərrüfat təyinatlı avtomobillərin, motosikletlərin və s. lak-boya örtükləri.

İstifadəsinə dair tövsiyələr:
Optimal nəticə əldə etmək üçün firmamızın istehsalı olan və “holoqram” effektini yox etmək üçün nəzərdə tutulmuş Micro Cut Pad, və məcburi fırladılma ilə ekssentrik pardaqlama maşınının köməyi ilə emal etməyi tövsiyə edirik (məsələn, Makita PO5000C, maksimal dövr etmə sayı). Alternativ variant kimi rotasiyalı pardaqlama maşınını firmamızın istehsalı olan və “holoqram” effektini yox etmək üçün nəzərdə tutulmuş Micro Cut Pad ilə birlikdə istifadə etməklə emal etmək olar. Qurumuş və ya yeni açılmış süngərləri istifadə etməzdən əvvəl politurada islatmaq lazımdır. Cərəyandan ayrılmış pardaqlama maşını ilə polituranı emal olunan səthə bərabər paylamaqla çəkin, sonra şəffaf plyonka əmələ gələnə qədər, yəni tərkibindəki alüminium oksidi tam parçalanana qədər yüngül hərəkətlərlə çarpaz üsulla pardaqlayın. Bu məhsulun tətbiq olunması üçün istifadə edilmiş süngərləri digər məhsulların tətbiqi üçün istifadə etməyin. Polituranın qalıqlarını cızıq və ştrixlər qoymadan təmizləmək üçün firmamızın istehsalı olan, kettel tikişləri olmayan, kənarları ultrasəs vasitəsi ilə kəsilmiş „Profi“ mikro fibralı salfetdən istifadə etməyi tövsiyə edirik.

Tara
403001 1 L
403250 250 ml

Xəbərdarlıq
İstifadədən əvvəl çalxalayın. İstifadədən əvvəl yararlılığını və uyğunluğunu yoxlayın. İsti səthlərdə istifadə etməyin. Şaxtadan və həddən artıq istidən qoruyun.