PORTAĞAL TƏRKİBLİ LƏKƏ ÇIXARAN

192001

Description

TƏSVİRİ
Təbii portağal ekstraktları əsasında tez nüfuz edən və təmizləyən xüsusi məhsul.

ORANGE-POWER yapışqan (xüsusilə də avtomobil nəqliyyatının səthindəki yapışqanları qoparandan sonra), bitum, asfalt qırıntıları, rezin, qatran, yağ, sürtgü yağı, həşərat qalıqlarını təmizləyir.

Halogenli karbohidratlar ehtiva etmir. Avtomobilin LBÖ və həlledicilərə qarşı davamlı olmayan səthlər üzərində olan çirklərin təmizlənməsi üçün ideal şəkildə uyğundur. Xoş portağal qoxusu ilə seçilir. Xüsusi qaydada dozalamaqla Amerika bazarından gətirilən avtomobillərin üzərindən konservantın təmizlənməsi üçün tərkib hazırlamağa imkan verir. Servis zonasında istifadə edərkən yağ izlərini təmizləyir və səthi yağsızlaşdırır. Rezinə, plastikə, xroma və LBÖ-nə təsir etmir.

 

İstifadə qaydası:
LBÖ-nü təmizləyərkən tərkibi quru səth üzərinə çəkin, 1-2 dəqiqə gözləyəndən sonra, salfet ilə (bərk basmadan) və ya sıx süngər ilə (art. 999037) sürtün. Su ilə yuyun. Yapışqan kifayət qədər dərinə və çoxdan hopmuş olduqda, və ya onu təmizləyəndən sonra səthdə bulanıqlıq əmələ gəldikdə, lakın səthini pardaq-konservant ilə emal etmək olar (art. LACK – POLISH BLAU 501 və ya art. 801 GRUN).

Ağac qatranı LBÖ-nə dərindən nüfuz etdikdə vasitəni 2-3 dəqiqəlik çəkib, ilıq su ilə neytrallaşdırmaq, və pardaqlayıcı göy gil (art. 183001) ilə çirki təmizləmək lazımdır.

Qış reagenti zamanı yağsızlaşdırma: 1 hissə ORANGE-POWER – 2 hissə Multistar və 50-60 dərəcəlik 15-20 isti su. İstifadədən 1-2 dəqiqə sonra təzyiq altında bol su ilə yuyun.

 

Sərfiyyat:
Çox çirkli səthləri təmizləyərkən bir detala maksimum 30 ml sərf olunur. Qənaət məqsədi ilə Koch Chemie Unna markalı ləkəçıxaranlar üçün xüsusi dozator düymə vasitəsi ilə dozalamaq tövsiyə olunur.