AVRO YUYUCU

396011

Description

Super Foam “Avro Yuyucu” özünə xidmət və əl ilə yuma yuyucuları üçün təmizləyici köpük. Avtomobil yuyucularında dozalaşdırıcı injektorlar, köpük generatorları və köpük komplektləri vasitəsi ilə istifadə etmək üçün qatı köpük əmələ gətirən, qələvi, intensiv meyvə ətirli, aktiv köpük. Super Foam təmizləyici köpük avtomobilin köpüklə təmizlənməsi işində Sizin üçün bənzərsiz təcrübə təmin edəcək və yuma meydançasını uzun müddət xoş qoxusu ilə bürüyəcək.

PH qələvi göstəricisi və yüksək effektiv formula dayanıqlı çirkləri yumşaldır, bununla da LBÖ-nün səthinin dərin təmizliyinə zəmanət verir. Köpük bütün çirki özünə hopduraraq, asanlıqla su ilə yuyulur. Beləliklə, avtomobil lak-boya örtüyünün az da olsa zədələnmə təhlükəsi olmadan yüksək təzyiq altında qayğı ilə təmizlənir.

A sinfi, AAA (Almaniya avtomobil istehsalçıları assosiasiyası) standartlarına uyğundur.
Hazır məhlulun maksimal konsentrasiyası 1:500 qədər, köpük komplekti üçün isə 1:50 nisbətidir.
İstifadə olunduğu sahələr: Özünə xidmət yuyucuları, avtomatik yuyucular, əl yuyucuları və s.
İstifadəsinə dair tövsiyələr: Özünə xidmət yuyucularında dozalayıcı nasoslar üçün 30-50 ml/dəq miqdarda yuyucu vasitə istifadə etmək tövsiyə olunur. Köpük generatorları və köpük komplektləri üçün məhlulu 1:300 – 1: 500 konsentrasiyada istifadə etmək tövsiyə olunur.

(pH): 12

Xəbərdarlıq: Günəş şüaları altında quruma dərəcəsinə çatdırmayın.