Şirkət Haqqında

Sharkchemie MMC

1968-ci ildən başlayaraq KochChemie ailə şirkətinin fəaliyyətinin əsasını avtomobil sənayesi sahəsində təmizləyici vasitələrin və avtomobillərə qulluq məhsullarının yüksək keyfiyyətlə istehsalı təşkil etmişdir.

Bizim ənənəmiz – keyfiyyəti daim təkmilləşdirməklə seçilmək və detallara qarşı məhəbbətdir. Çalışdığımız sektorda şirkətimiz şəxsi tədqiqat laboratoriyasına və bütün dünya bazarları üçün müstəqil istehsala malik olan azsaylı şirkətlərdən biridir.

Biz özümüzü biznes apardığımız yerə – yüksək keyfiyyətə və yüksək sosial və ekoloji standartlara malik olan Almaniyaya bənzədirik.  Sistemli təchizatçı kimi şirkətimiz avtomobil sənayesində tələb olunan bütöv bir məhsul diapazonuna malikdir.

Məhsulun mükəmməl keyfiyyəti qədər bizim üçün müştəriyönümlü servis də vacibdir. 

Şirkət 1968-ci ildə Hans Kox tərəfindən təsis edilmişdir. Qırmızı ağacla işləyən mahir usta kimi onun mükəmməl səthlərə qarşı həvəsi və detallara qarşı sevgisi var idi. Yaratdığı məhsullar yüksək keyfiyyətə malik olmaqla, ekspertlər və sənayenin müştəriləri tərəfindən şövqlə qəbul olunmuşdur.

Növbəti illər ərzində şirkət inkişaf edərək, avtomobil sənayesinin sahələrinə innovativ anlayışlar gətirdi və bazarda yeni normaları müəyyənləşdirdi. On illərlə aparılan elmi tədqiqatlar və istehsal sayəsində daima inkişaf etməklə, ailə şirkəti avtomobil sənayesində qulluq və təmizləmə vasitələrinin lider təchizatçısına çevrildi.

Bir neçə on illik ərzində həyata keçirilən tədqiqatlardan və tələbkar müştərilərimizlə sıx əməkdaşlıqdan sonra deyə bilərik ki, çalışdığımız sahədə dünya liderləri ilə bir cərgədə addımlayırıq.

Hazırda Aksel Kox və Leoni Kox – KochChemie® şirkətinin varisləri və sahibləridir.

İSTEHSALIN SERTİFİKATLAŞDIRILMASI VƏ TƏQDİR OLUNMASI

Məhsullarımız MercedesBenz, BMW və VW kimi tanınmış avtomobil istehsalçıları, həmçinin müstəqil institutlar tərəfindən yoxlanmış və qlobal tətbiq üçün təqdir olunmuşdur. KochChemie şirkəti DIN EN ISO 9001:2008 və DIN EN ISO 14001:2009 keyfiyyət standartlarını və ekoloji nəzarət sistemlərini ardıcıllıqla tətbiq edir. Məhsulların yüksək keyfiyyəti saysız-hesabsız yuyucu qurğularında, avtomobil yuyucularında, deteylinq sənayesində, avtomobil istehsal edən zavodlarda, avtodilerlərdə, sənaye şirkətlərində gündəlik praktik istifadə nəticəsində sübut olunmuşdur.

Kimyəvi məhsulların çoxsaylı təchizatçıları arasında bir neçə istehsalçılardan biri olaraq, xammal sektorundakı bütün innovasiyalar bizim üçün əlçatandır.

KochChemie şirkəti yüksək keyfiyyəti, ekoloji və sosial standartları dəstəkləyir.

Şirkətimiz həm yeni, həm də işlənmiş avtomobillər üçün kimyəvi məhsullar və kosmetika məhsullarının bütöv bir sisteminin təchizatçısıdır. Bir çox məhsullarımız avtomobil istehsalçıları tərəfindən təqdir olunmaqla, ekoloji və sərt texniki tələblərə cavab verir.

Ən yaxşı məhsullarımızla çalışan və tətbiqi ekspert biliklərinə malik olan minlərlə regional mütəxəssis texnologiyalarımızın tətbiqi sahəsində və məhsullarımızın Sizin biznesə uyğunlaşdırılmasında hər zaman ixtisaslaşmış kömək və dəstək göstərəcək.

Bazarda lider olaraq biz öz məhsul xəttimizi inkişaf etdirməklə yanaşı, həm də həmin məhsulların tətbiq oluna bildiyi xidmətlər çeşidini inkişaf etdiririk.